Sosial media marketinqi, markanızı yaratmaq, satışlarınızı artırmaq və veb sayt trafikini artırmaq məqsədilə izləyicilərinizlə əlaqə yaratmaq üçün sosial media platformalarının istifadəsidir. Bu marketinq növü  sosial media profillərinizdə əla məzmun dərc etməyi, izləyicilərinizi  cəlb etməyi, nəticələrinizi təhlil etməyi və sosial media reklamlarını işə salmağı əhatə edir.

Sosial media marketinqin bir anda geniş bir auditoriyaya müraciət etmək kimi bir üstünlüyü var.

 

Digər üstünlüklər nələrdir:

  • Sosial media davamlı olaraq biznesiniz üçün yeni bir auditoriya formalaşdırır. 
  • Sosial media müştərilərlə daha güclü münasibətlər yaradır.
  • Sosial mediayla daha çox geridönüşümə nail olmaq olur.
  • Rəqiblərlə sağlam rəqabətə şərait yaradır.
  • Sosial media daha qənaətcildir.

 

 

Bəs sosial media marketinq strategiyasını necə yaratmalı?

  1. Aydın məqsədlər təyin edilməlidir.
  2. Hədəf auditoriyası araşdırılmalıdır.
  3. Rəqiblərin durumu analiz edilməlidir.
  4. Hansı sosial media platformalarında reklam verəcəyiniz müəyyənləşdirməlidir.
  5. Maraqlı məzmun yaradılmalıdır.
  6. Sosial media paylaşımları reklam edilməlidir.

 

Sosial media platformalarında diqqət edilməli məqam postların paylaşım tezlikləri ilə bağlıdır. Əgər siz gec-gec paylaşımlar etsəniz, izləyiciləriniz sizin markanızı unudar. Çox tez -tez paylaşımlar etsəniz, bu dəfə də markanızın onların öz sosial media hesablarını çox yüklədiyini düşünə bilərlər. 

 

Buna görə də sosial media platformasında effektiv fəaliyyət göstərə bilmək üçün peşəkar SMM mütəxəssislərilə çalışmaq sizin üçün faydalı ola bilər.

 

Fikirlərinizi bizimlə bölüşün