Veb sayt hazırlanmasının əsas mərhələləri hansılardır:

1. Planlama

Bəzən planlama vaxt itkisi kimi dəyərləndirilir. Ancaq bu yanlış fikirdir. Planlama mərhələsində vaxta qənaət daha ciddi səhvlərə səbəb olur ki, onların da bərpası daha çox vaxt aparır. 

2. Analiz 

Hədəf auditoriyası müəyyənləşdirilir və rəqiblər təhlil edilir. Hədəf auditoriyasının ehtiyac və maraqlarını bilmək vacibdir. Bu saytı onların maraqlarına uyğun qurmağa və bundan şirkətin xeyrinə istifadə etməyə imkan verir. Eləcə də rəqiblər araşdırılır, onların üstün və zəif cəhətləri təyin edilir. Bunlar əsasında şirkətin öz üslubu, fərqləndirici cəhətləri qabardılır. 

3. Strategiya 

Saytın məqsədi müəyyənləşir. Elektron ticarət, müştəri cəlb etmək, məhsul xətti təqdim etmək, şirkəti tanıtmaq, müştərilərlə əlaqə qurmaq və s məqsədlər ola bilər. Hansı nəticənin lazım olduğu düzgün müəyyənləşir. Və bu məlumatlar əsasında saytın yaradılması istiqamətində digər mərhələlər formalaşdırılır. 

4. Prototipləşdirmə

Əyanilik üçün saytın prototipi yaradılır. Burda önəmli məqamlar: dizayner ilk növbədə interfeysin rahat istifadəsini təmin edir. Səhifədəki bütün elementlər istifadəçinin onları asanlıqla tapıb istifadə edəcəyi şəkildə yerləşdirilməlidir. 

5. Dizaynın hazırlanması

Burda diqqət vizual komponentlərə yönəlir:

  • Rəng
  • Forma
  • Şrift
  • Animasiya

Dizayner müştərinin korporativ stilinə riayət edir, loqotipi uyğunlaşdırır, saytı şirkətlə tanımlanan şəklə salır. Bu zaman hədsiz “dəbli” olmayan, trendə uyğun, aktuallığını ən az 2 il saxlaya biləcək sayt dizayn edilir. 

6. Proqramlaşdırma

Bu mərhələdə bütün eskizlər HTML-ə keçirilir, yəni mobil responsivlik təmin edilir. Daha sonra saytda olan elementlər proqrammist tərəfindən aktivləşdirilir. 

7. Əsas məzmun

Saytın doldurulması mərhələsi, məzmunun lazımi formata çevrilməsini və resurs səhifələrinə yerləşdirilməsini əhatə edir. Öncədən materiallar hazırlanır. Daha əvvəl tərtib edilmiş texniki şərtlərə uyğun olaraq həm kopirayterlər, həm də sayt sahibləri tərəfindən yazıla bilər. 

8. Texniki dəstək

Bu mərhələdə son baxış keçirilir. Ortaya çıxa biləcək səhvlər komanda tərəfindən dərhal ortadan qaldırılır.

Beləliklə, sayt yığılarkən elə bir komanda ilə işləmək lazımdır ki, bütün mərhələlərə yetərincə diqqət yetirsinlər, çünki hər bir mərhələ saytın gələcək işində həlledici rol oynayır. 

 

Fikirlərinizi bizimlə bölüşün