Starmedia Agency Reklam Agentliyi Azərbaycanda reklam sektorunda kreativ və uğurlu fəaliyyət göstərən reklam şirkətlərindən biridir

 

Biz 2014-cü ildən bəri peşəkar reklamçılıq təcrübəsinə yiyələnərək müştərilərimizi olduqları yerdən daha üst səviyyəyə qaldırmaqdayıq. Buna reklam bazarındakı tələbatlarla əməkdaşlıq etdiyimiz şirkətin potensialını uzlaşdıraraq nail oluruq

 

Bizim iş prinsipimizdə qarşıya qoyduğumuz məqsədlərə əsasən, düzgün dəyərləndirilən imkanlar arzuolunan real nəticələrə gətirib çıxarır

Biz əsasən aşağıdakı sahələrdə ixtisaslaşmışıq

  • Digital marketing
  • Design/ Branding
  • Media
  • Outdoor

Günümüzdə rəqəmsallaşan dünyada rəqəmsal marketing ən effektiv reklam növlərindən biridir. Bu sahədə yetərli üstünlüklərimizlə sizin yanınızdayıq:

  • 4 illik Google təcrübəmiz
  • Google sertifikatlı əməkdaşlarımız
  • Aktiv 20 şirkət hesabının idarə olunması
  • Analitika aparan əməkdaşlarımız

Kreativ agency olaraq keyfiyyətimiz və zəngin müştəri portfoliomuz bizim qürurumuzdur. Bu portfolionu tək yerli şirkətlər deyil, həm də xarici şirkətlər də zənginləşdirir

Beynəlxalq şirkətlər, Latviyanın Olain Pharm, Qazaxıstanın Scatt Airlines, Türkiyənin Bahceci Sağlıq Group’u, İstanbul Aydın Üniversitesi və başqalarıdır

 

Nə üçün biz?
Çünki Biz əməkdaşlıq etdiyimiz şirkətin fəaliyyətini ən parlaq və kreativ şəkildə media və digər yollarla ictimaiyyətə çatdırırıq. Və bu zaman özümüzün də istehlakçı olduğumuzu nəzərə alaraq istehlakçı yanaşmasını professional səviyyədə dəyərləndiririk

Uğurlu fəaliyyətimizin əsasını həm istehsalçıların, həm də istehlakçıların dəyərləndirdiyi prinsiplərimiz təşkil edir

Peşəkarlıq

Mövcud sahədə yetərli və parlaq təcrübəyə malik, yaradıcı düşüncəli gənclərdən ibarət komandamız Peşəkarlığımızın keşiyindədir

Operativlik

Hər bir tələbkar müştərimiz üçün, ona özəl olaraq zamanında və dəqiq marketinq strategiyası işləyib hazırlamağımız Operativliyimizi təmin edir

Keyfiyyət

Yaradıcı ideyalarla müştərinin imkanlarını və istehlakçının tələblərini ən cəlbedici şəkildə əlaqələndirərək Keyfiyyətimizi önə çəkirik

Korporativ xidmət

Sizin üçün hərtərəfli düşünülüb təşkil edilmiş Korporativ xidmətimiz sayəsində axtardığınız peşəkar nailiyyətinizi bizimlə əməkdaşlıqda tapa bilərsiniz

Sizə sadəcə yaxşı deyil, sizə gərəkli olacaq marketinq həlləri təklif edirik

Məqsədimiz

Lider markalar yaratmaqdır.

Hədəfimiz

Beynəlxalq agentliyə çevrilməkdir.