This subtitle 4
SAYTLARIN HAZIRLANMASI
Veb sayt ( Web sayt) geniş rəqəmsal platforma olmaqla, sizin imiciniz, ikinci ofisiniz və hətta əsl iş yeriniz sayıla bilər. Yaxşı tərtib olunmuş veb sayt nə deməkdir:
• Qənaətli reklamdır
• Daha çox kütləyə tanınmaqdır
• Haqqınızda müsbət təəssürat deməkdir
• 7/24 işləyən ofisiniz və ya mağazanız deməkdir
• Satışlarınızın artmasıdır
• Müştərilərinizlə daimi əlaqədir
• Yeni müştəri imkanıdır
Saytların hazırlanmasında nələrə diqqət edirik:
• Sizin saytınız üçün gərəkli məlumatları toplayır, təhlil edir və rəqəmsal aləmdə saytınıza faydalı ola biləcək funksiyaları qeyd edirik;
• Saytınız üçün texnologiya seçir və idarə paneli tərtib edirik;
• Veb saytınızın maketini hazırlayır və sizə təqdim edirik;
Yekun qərardan sonra yoxlama testi aparırıq. Sonda sayt istifadəyə verilir.
Biz sizə aşağıdakı sayt tərtibatlarını təklif edirik:
- Onlayn mağaza
- Korporativ sayt
- Landing page
- Mobil uyumlu
- Xidmət saytları
- Elan saytları
- Şəxsi blog
Responsive Web Design (RWD) - mobil uyumlu veb dizayn
Veb saytınızın müxtəlif mobil cihazlardan görünməsi istifadəçilər üçün əlçatan olmaq, asanlıqla faydalanması mümkün olan veb sayt olmaq deməkdir.
Saytlarınız mobil uyumlu yəni responsive deyilsə , saytınız yoxdur deməkdir.
Google-ın apardığı araşdırmaya görə, 1 gündə istifadəçilərin 4-də 1-dən çoxu smartfon işlədir. Bu təkcə kompyuter işlədən istehlakçıların 2 qatı deməkdir.
Smartfon istifadəçiləri axtarış sistemində mobil uyumlu olmayan veb saytlardan dərhal çıxırlar. Beləliklə, mobil uyumlu veb saytlar sizi daha əlçatan edir, yeni müştərilər qazandırır.
Saytların mobil uymlu yəni responsive olması Google SEO üçündə şərtdir.