SEO nədir? – (Search Engine Optimization) axtarış sistemlərində optimizasiya, yəni saytınızın reytinqinin axtarış sistemlərində artırılması fəaliyyətidir. Hər bir sayt üçün SEO vacibdir. Çünki heç bir axtarış sistemində olmayan sayt heç bir işə yaramır. Ona görə də müasir tendensiyalara uyğun, vaxtında və müştərinin tələblərinə əsaslanan SEO xidməti üçün bizə müraciət edin

 

SEO-NUN NƏ KİMİ FAYDALARI VAR?

1. SEO Google və digər axtarış sistemlərində saytınızı ilk sıralara çıxardır. Saytınızın ilk sıralarda olması daha çox ziyarətçi trafiki deməkdir. Saytınızda trafik nə qədər çox olarsa, qazancınız da bir o qədər yüksək olar

2. Fəaliyyətinizlə bağlı axtarış sistemlərində saytınız dəfələrlə görünür. Bu sizi axtarış edənlərə brend kimi tanıtdırır və insanların yaddaşına həkk edir

3. Reklam verərkən uyğun açar sözlərlə optimallaşmış veb səhifəniz sizin reytinqinizi yüksəldəcək. Bu üstünlük daha qənaətli reklam və çoxlu sayda geridönüşüm deməkdir 

4. İstənilən veb saytda orqanik yolla edilən kliklər Google axtarış sistemində daha çox güvən qazanır. Buna görə də geridönüşüm baxımından daha əlverişli qəbul edilir. Buna isə SEO xidməti sayəsində nail olmaq mümkündür 

 

BİZ NƏ EDİRİK? 

  • Açar sözlərin analizi
    Açar sözlər hədəf kütlənizin, məzmununuzun, xidmət və ya məhsulunuzun necə axtarıldığını anlamağa kömək edir və növbəti addımlarımızda bizə yol göstərir. Ona görə tərəfimizdən sizin fəaliyyətinizə uyğun axtarış sistemlərində ən aktual açar sözlər təyin edilir
  • Məzmun optimizasiyası
    Google axtarış sistemində axtarış aparanda həmin axtarışa uyğun minlərlə yazı, görüntü və ya video məlumat çıxa bilər. Professional kopirayterlərimizin tərtib etdiyi yaxşı məzmun reytinqinizi qaldırmaqla yanaşı, həm də ziyarətçilərinizi ödənişli müştərinizə çevirə bilər 
  • Multimedia
    Axtarış sistemində multimedia önəmli faktordur. Xüsusən, son illər videokontent ən çox sevilən marketinq vasitəsinə çevrilib. Videonuzu axtarış üçün optimallaşdıraraq daha geniş auditoriyaya çatdırırıq
  • Backlink
    Digər saytdan sizin sayta olan keçid linkidir. Həm də bu linklər axtarış sistemlərində sizin nüfuzunuzu artırır. Bu yöndə önəmli olan saytınızın reytinqini yüksəltmək, dəyərli və düzgün linklər cəlb etməkdir ki, biz məhz buna diqqət edirik
  • Əlaqəli linklər (Link building)
    On-page optimizasiyası üçün sayt içində əlaqəli linklərin qurulması vacib faktorlardan biridir. Sayt daxilində linkdən linkə doğru keçid etməklə Google botlarına kömək etmiş oluruq. Bu da Google axtarış sistemində saytınızın optimizasiyasını təmin edir
  • Trafik analizi
    Saytınıza gələn trafikləri analiz edirik. Fəaliyyətinizə uyğun olmayan trafikləri məhdudlaşdırırıq. Xidmət sahənizi, saytınızı və onun məzmununu hədəf kütlənizin axtarışlarına uyğunlaşdırırıq
  • Sürət optimizasiyası
    İstifadəçilərin böyük əksəriyyəti saytın 2 və ya 3 saniyəyə açılmağını gözləyir. Daha gec açıldığında isə istifadəçi saytı dərhal tərk edir. Ona görə sürət optimizasiyası SEO xidmətində vacib amildir 
  • Responsivlik
    Bu gün trafiklərin yarıdan çoxu mobil cihazlardan gəlir.  Ona görə mobil cihazlardan axtarış edərkən ön sıralarda çıxması üçün saytınız responsiv olmalıdır. Saytınızın responsiv olması Mobil SEO optimizasiyası üçün önəmlidir
  • Təhlükəsizlik
    Saytınızın təhlükəsizliyi üçün SSL sertifikatı alınmalı, https-ə keçilməlidir. SSL sertifikatı şifrələyir. https-ə keçilmədikdə Google istifadəçiyə saytınızın güvənilir olmadığını göstərir və onlar saytı tərk edir. Peşəkar SEO mütəxəssislərimiz saytınızın SSL sertifikatı alıb, https-ə keçidini təmin edir

 

NƏ ÜÇÜN BİZ?
SEO optimizasiya özlüyündə mürəkkəb prosesdir. Ona bir çox faktorlar təsir edir. Belə mürəkkəb prosesdə uzunmüddətli və effektiv nəticə almaq üçün bu işi professionallara həvalə etmək lazımdır. Odur ki, bizimlə əlaqə saxlayın

 

Loading

SENDING

Mesajınız uğurla göndərildi. Təşəkkürlər

Yenilə

Aşağıdakı məlumatları dolduraraq, xidmətlərimizlə bağlı təklif paketini əldə edə bilərsiniz

Məhsul və ya xidmətlərlə bağlı ətraflı məlumat doğru təklifi göndərməyimiz üçün vacibdir

Xüsusi qeydləriniz varsa xananı dolduraraq müraciət edə bilərsiniz

  • Şəxsi məlumat
  • Şirkət haqqında
  • Xüsusi qeyd