Bildiyimiz kimi, kataloqda şirkətinizin  xidmətləri və satılan mallar haqqında məlumatlar verilir. Kataloqun keyfiyyəti birbaşa alıcıların seçimlərinə təsir göstərir, buna görə də kataloqun strukturuna və dizaynına lazımi diqqət yetirmək lazımdır

 

Kataloq nə üçün lazımdır:

1. Məlumat verir. Bu, kataloqun ən əsas funksiyasıdır. Burada potensial müştərilərinizə hər hansı bir məhsul və ya xidmət, qiymətlər, tətbiqetmələr və daha çox şey haqqında məlumat verə bilərsiniz. Yəni, kataloq tam bir satış mexanizmidir.

2. Meylliliyi artırır. Belə ki, bir insan məhsulunuza nə qədər tez-tez toxunsa, istənilən formada məlumat alsa, onu maraqlandıran məhsula və ya xidmətə daha çox meyl edər. Yəni, kataloq satışın nəticəsinə müsbət təsir göstərə bilir.

 

Kataloqlara qarşı ötəri münasibət ortaya keyfiyyətsiz iş çıxara bilər. 

 

Dəqiqlik və detallara diqqət yaxşı bir kataloqun ən vacib xüsusiyyətləridir.

Burda 2 əsas məsələ var. 

-  kataloqun dizaynı;

nəşrin keyfiyyəti

 

Təyinatına görə kataloqlar 

1. İmic məqsədli, 

2. Reklam  

3. Dövri xarakterli olurlar. 

 

Biz keyfiyyətli və effektiv kataloq üçün nə edirik:

  • Bütün məhsul/xidmətləri göstərmirik,  buna  ehtiyac yoxdur.
  • Yalnız müştəri üçün maraqlı olacaq məhsulları və ilk növbədə böyük endirimlər olan malları təklif etmək lazımdır;
  • Alıcı üçün kataloqu maraqlı və diqqətçəkici hala salırıq;
  • Müştəriyə qiymətləri göstəririk, bu praktiklik üçün vacibdir;
  • Təşəbbüsü əldən vermədən müştəriyə seçim azadlığı verəcək kataloq hazırlayırıq;

 

İstər dizayn mərhələsində, istərsə də nəşr zamanı fəaliyyətimiz keyfiyyətli məhsul, effektiv nəticə və əməkdaşlıq etdiyimiz şirkətin üslubunun daha da yaxşılaşmasına yönəldilmiş olur.

 

Loading

SENDING

Mesajınız uğurla göndərildi. Təşəkkürlər

Yenilə

Aşağıdakı məlumatları dolduraraq, xidmətlərimizlə bağlı təklif paketini əldə edə bilərsiniz

Məhsul və ya xidmətlərlə bağlı ətraflı məlumat doğru təklifi göndərməyimiz üçün vacibdir

Xüsusi qeydləriniz varsa xananı dolduraraq müraciət edə bilərsiniz

  • Şəxsi məlumat
  • Şirkət haqqında
  • Xüsusi qeyd