Brandbook – şirkətinizin vizual stil standartlarını müəyyənləşdirən rəsmi sənəddir. Brandbook özündə markanızın fəaliyyəti və inkişafındakı əsas dəyərləri və istiqamətləri əks etdirir

Brandbook nə üçün lazımdır?

1. Marka məlumatlarının bir sənəddə sistemləşdirilməsi;

2. Markanın hədəf və missiyaları haqqında şirkət əməkdaşlarının məlumatlandırılması;

3. Marketinq fəaliyyətinin effektivliyinin artırılması;

4. İmicin yaradılması və marka nüfuzunun idarə olunmasına kömək.

 

Əgər brandbook olmasa da olar, deyirsinizsə:

- Dizaynerlər yeni reklam lövhələri və ya broşuralar hazırlayarkən tam fərqli hədəf kütləsinə yönələ bilərlər;

- Loqonuzun ölçüləri dəqiqləşməzsə, müxtəlif obyektlər üzərində loqonuzun müxtəlif ölçülərinə rast gələ bilərsiniz;

- Rəng çalarları dəyişkən ola bilər, bu da sizin reklamınızı hətta rəqibinizin reklamına bənzədər. 

 

Şirkətin imicinə xələl gətirəcək bu cür hallarla qarşılaşmamaq üçün brandbook mütləqdir. Və brandbook yaratmaqla məqsədə çatmaq üçün professional heyətlə işləmək lazımdır. 

 

 

Biz sizə ideoloji və qrafik hissələrdən ibarət olan brandbook təşkil edirik. 

İdeoloji hissədə

  • şirkətin fəaliyyət sahəsinin təsvirini veririk;
  • markanın fəlsəfəsi, missiya və dəyərlərini sistemləşdiririk;
  • korporativ mədəniyyətin əsaslarını formalaşdırırıq.

 

Qrafik hissədə:

  • loqonun müxtəlif səthlərdə təsvirini veririk;
  • əsas və əlavə rəng çalarlarını dəqiqləşdiririk;
  • font və şriftləri, onların ölçülərini

və başqa əsas elementləri müəyyənləşdiririk.

Bizim sizin üçün yaratdığımız brandbook şirkətinizin siması olmaqla yanaşı, həm də onun daxili mahiyyətini əks etdirəcək.

 

Loading

SENDING

Mesajınız uğurla göndərildi. Təşəkkürlər

Yenilə

Aşağıdakı məlumatları dolduraraq, xidmətlərimizlə bağlı təklif paketini əldə edə bilərsiniz

Məhsul və ya xidmətlərlə bağlı ətraflı məlumat doğru təklifi göndərməyimiz üçün vacibdir

Xüsusi qeydləriniz varsa xananı dolduraraq müraciət edə bilərsiniz

  • Şəxsi məlumat
  • Şirkət haqqında
  • Xüsusi qeyd