Ad qoyma -  bir şirkət, məhsul və ya xidmət üçün bir marka adı hazırlamaqdır. Bir şirkətin marketinq strategiyasının və marka mövqeləşdirməsinin ayrılmaz bir hissəsidir

Adlandırmada məqsəd bazara çıxarılan və istehlakçı tərəfindən müəyyən edilməsi lazım olan bir məhsulun və ya markanın ticarət adını müəyyənləşdirməkdir

 

Adqoymanın üstünlükləri:

Kommunikativ - şirkət tərəfindən istehsal olunan mal və ya xidmətləri bazarda tanıtmaq və məhsul/xidmətin fərdiləşdirilməsini təmin etmək

Hüquqi - şirkətin məhsul və ya xidmətini saxtalaşdırma və digər qanunsuz istifadədən qorumaq

Ticarət - marketinq məhsulu tanınmış və populyar bir adla bazara çıxarıldıqda marka sahibinin gəlirlərini artırmağa kömək etmək

 

Neyminq nə üçün lazımdır?

- əlavə marketinq sərmayələri tələb etmədən məhsulunuzu satır

- marka strategiyasını və yerləşdirilməsini dəstəkləyir və davam etdirir

- hədəf auditoriyasına və onun dəyərlərinə xitab edir

- rəqabət mühitində markanı ön plana çəkir

- parlaq və yaddaqalan bir görüntü yaradır

- markanın üstünlüklərini və unikallığını vurğulayır

 

 

Biz nə edirik?

  • Ad və məhsulu birləşdirərək nail olmaq istədiyiniz hədəfi müəyyənləşdiririk. Məsələn, bir məhsulun xüsusi bir xüsusiyyətini və ya unikallığını vurğulayırıq
  • Bazardakı rəqabəti təhlil edirik. Bazarda rəqabətə davamlı məhsulların olub olmadığını, nə adlandırıldığını və adın seçilməsinə nəyin səbəb olduğunu öyrənirik. Bu cür analiz bizə kömək edəcək ki, əvvəlcədən mövcud adları və ya rəqiblərlə asanlıqla qarışdırıla bilən hər hansısa bir adı seçməyək
  • Hədəf kütləsini analiz edirik. Müştərilərin məhsuldan nə gözlədiyini, hansı xüsusiyyətləri əsas hesab etdiklərini öyrənirik
  • Digər rəqiblərdən fərqlənə bilməniz üçün şirkətiniz üçün daha yaddaqalan ad təyin edirik 

 

Biz neyminq zamanı biznesinizin bütün fəaliyyət sahələrini nəzərə alırıq. Elə bu səbəbdən yalnız gözəl və ya orijinal deyil, eyni zamanda rəqəmsal mühitə asanlıqla uyğunlaşa bilən, loqotipdə istifadə edilə bilən, şifahi nitqdə yaddaqalan olan, bir mağazadakı qiymət etiketindən tutmuş xarici reklamlara qədər hər hansı bir səthdə  əla görünən bir ad inkişaf etdirməyi bacarırıq

 

Loading

SENDING

Mesajınız uğurla göndərildi. Təşəkkürlər

Yenilə

Aşağıdakı məlumatları dolduraraq, xidmətlərimizlə bağlı təklif paketini əldə edə bilərsiniz

Məhsul və ya xidmətlərlə bağlı ətraflı məlumat doğru təklifi göndərməyimiz üçün vacibdir

Xüsusi qeydləriniz varsa xananı dolduraraq müraciət edə bilərsiniz

  • Şəxsi məlumat
  • Şirkət haqqında
  • Xüsusi qeyd