SMM (Social Media Marketing), yəni Sosiaı Media Marketinq hl-hazırda reklam xidmətləri içərisində böyük populyarlığa malikdir. Çünki, SMM xidmətləri minimum büdcə ilə maksimum tanınmaq imkanı yaradır. Sosial media reklamları sayəsində geniş kütlə sizin şirkətiniz haqqında məlumatlı olacaq. Bunun üçün professional sosial media səhifəniz (hesabınız) olmalıdır. Bunun sizin fəaliyyətinizə nə kimi faydaları ola bilər:

Marketinq sosial media agentliyinin əsas işidir. Peşəkar agentlik effektiv strategiya hazırlayaraq şirkətinizin məhsul və ya xidmətini düzgün şəkildə tanıtdıra bilər, mümkün olan ən yüksək auditoriyanın diqqətini çəkə bilər. 

Sosial media mütəxəssisləri haradan başlayacağınızı, hansı platformalardan istifadə edəcəyinizi və hansı məzmun növlərini paylaşmalı olduğunuzu bilir.

İşinizin böyük və ya kiçikliyindən asılı olmayaraq, SMM şirkəti ilə işləmək sosial media vasitəsilə markanızı daha əlçatan edəcək. Sosial media fəaliyyətlərini davam etdirmək (səhifəni aktiv saxlamaq), məzmun yaratmaq, paylaşmaq, bəyənilmək və təsirli vizuallarla müştəri qazanmaq üçün professional SMM xidmətləri labüddür. 

Sosial media rəqabət mühitində mübarizə aparmağınıza kömək edir. Belə ki, bir SMM şirkəti tək sizin markanızı, məhsul və ya xidmətinizi təbliğ etmir, həm də sizin sahənizdəki digər rəqiblərdən fərqlənməyinizə kömək edir. 

 

Nə üçün SMM şirkəti

  • Peşəkar sosial media mütəxəssisi intizamlı qaydada təsirli məzmuna sahib paylaşımlar edən, düzgün qrafika və düzgün mətnlə şirkətinizi sosial mediada təsirli edən insandır. 
  • Sosial media dedikdə, Facebook və İnstagram ölkəmizdə daha böyük populyarlığa malikdir. 

 

Facebook reklamları və İnstagram reklamları Facebook Business Manager üzərindən bir birnə bağlı sistemdir. Görünüşdə sadə görünsə də, effektiv və əlverişli Facebook və İnstagram reklamları üçün SMM mütəxəssisindən dəstək almaq ən doğrusu.

Bu sahədə biz sizin üçün nə edə bilərik:

Reklam yerləşdirmə məqsədiniz, fəaliyyət sahəniz və rəqiblərinizi araşdırırıq. Bu araşdırma nəticələrinə uyğun hədəf kütləsi yaradılır. 

Bir neçə reklam kampaniyası yaradırıq. Daha çox reaksiya görən kampaniyanı təyin edirik və reklam büdcəsi yalnız bu kampaniya üçün ayrılır. 

Reklamlarınızı veb saytınıza yönləndiririk. Bu zaman tərəfimizdən saytınızda quraşdırılmış sayğac vasitəsilə reklam üzərindən saytınıza keçid edən auditoriyanın hansı bölmədə nə qədər vaxtda qaldığı haqda məlumat əldə edirik. Bu da qurduğumuz reklam strategiyasını optimallaşdırmağımıza imkan verir. 

Re-marketing ediirk, yəni bir dəfə reklam kampaniyamızla maraqlanan sosial media istifadəçisinə növbəti reklam kampaniyalarını yenidən göstəririk.

Veb saytınıza uyğun olaraq Facebook Pixel quraşdırılır.

Müəyyən zaman içərisində hədəf kütlənizin vərdişlərini izləyirik, yeni hədəf kütləsi üçün optimizasiya aparırıq.

Əraziyönümlü reklam hədəfi seçirik.

Zamana görə reklam tənzimləmələri edirik. 

Elektron ticarət üçün xüsusi kampaniyalar yaradırıq. Ödənişləri klikə və ya baxış sayına görə deyil, satış sayına uyğun quraşdırırıq.

 

Sosial media hesabını canlı tutmağın yollarından biri də sosial mediada müxtəlif kampaniyalar, çəkilişlər və müsabiqələr təşkil etməkdir. Bu sizinlə istifadəçiləriniz arasında canlı əlaqə yaranmasını və məhsul və ya xidmətinizlə canlı tanışlığı təmin edəcək. 

 

 

Biz nə edirik?

  • Xüsusi video və vizual məzmunla səhifənizdə canlı və peşəkar görüntü yaradırıq. Bu videolar iş prosesinizdən fraqment və ya fəaliyyətinizlə bağlı paylaşım ola bilər. 
  • Təşkil edəcəyimiz müsabiqə, çəkiliş və kampaniyalarla potensial müştərilərinizlə yaxınlaşa və özünüzü hədəf kütlənizə sevdirə bilərsiniz. Və bu çox kiçik büdcə ilə başa gələcək. 
  • Sosial media reklamları ilə sərhədləri aşıb fərqli mühitlərdə uğur qazana bilərsiniz. Reklam müddətini ayırdığınız büdcəyə uyğunlaşdırırıq və bu reklamlar sizə özəl olaraq tərəfimizdən hazırlanır. 
  • Sosial media hesabınızı tənzimləyir, lazımi əlaqələr, düzəliş və optimizasiya apararaq, xüsusi hazırlanmış plan üzrə peşəkar səhifə quruluşu yaradırıq.
  • Səhifənizdəki məzmun və reklamlar, gələn rəylər, xərcləriniz və sosial mediadakı hazırki mövqeyiniz haqda hesabat veririk.
  • Hədəf kütlənizi analiz edir və potensial müştərilərinizlə əlaqələr qururuq.
  • Xüsusi proqram təminatımız və 7/24 işləyən serverlərimizlə hesablarınızı daima təhlil edir və auditoriyanızı genişləndiririk.
  • Bloggerlər və yutuberlərlə sizə özəl əməkdaşlıqlar quraraq markanızın rəqəmsal tanıtımını artırırıq.
  • Sizin hədəf və məqsədlərinizə köklənmiş kreativ fikirlər tərtib edir, brendinizi daha cəlbedici edirik. 
  •  

Öz sahənizdə brendə çevrilmək peşəkar SMM şirkəti ilə mümkündür.

 

 

Loading

SENDING

Mesajınız uğurla göndərildi. Təşəkkürlər

Yenilə

Aşağıdakı məlumatları dolduraraq, xidmətlərimizlə bağlı təklif paketini əldə edə bilərsiniz

Məhsul və ya xidmətlərlə bağlı ətraflı məlumat doğru təklifi göndərməyimiz üçün vacibdir

Xüsusi qeydləriniz varsa xananı dolduraraq müraciət edə bilərsiniz

  • Şəxsi məlumat
  • Şirkət haqqında
  • Xüsusi qeyd